Xəbər verdiyimiz kimi, müğənni İzzət Bağırzadə Kərbəla ziyarətinə yollanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi ziyarətdən fotolarını izləyiciləri ilə bölüşüb.
“İmam Hüseynin şəhəri Kərbəladan... Kim istəyibsə, hamının yerinə dua etmişəm. Ayın 12-nə kimi buradayam. İndi Kərbəladayam, sonra Nəcəf şəhərinə, Həzrət Əlinin ziyarətinə gedəcəm. Ordan da Məşhədə yollanacam” deyə, İ.Bağırzadə bildirib.