Cavid Gülün verilişi təxirə düşdü - fotolar

Cavid Gülün verilişi təxirə düşdü -  fotolar
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Cavid Gül təqdimat mərasimlərinin birində görüntülənib.

Axşam.az-a açıqlama verən aparıcı bir müddət əvvəl anonsu yayılan, amma hələ də efirə getməyən “Duet” layihəsinin aqibətindən danışıb:

“Bu layihəni uzun müddət əvvəl etməyi planlaşdırırdıq. Amma ikinci dəfədir ki, layihə təxirə düşür. Bu, məndən asılı olan səbəblər deyil. ATV-nin layihəsi idi. Texniki problemlərə görə yarımçıq qaldı. Sentyabrda yayımlamağı planlaşdırırıq”.

C.Gül artıq özünü film sahəsində sınayacağını söyləyib:

“Hər iki filmin ideya müəllifi özüməm. Birinin çəkilişi iyunda, digəri isə oktyabrda başlayacaq. Həmin ekran işi “Yazı” adlanır, qorxu janrındadır. Yayda çəkəcəyimiz isə komediyadır”.

Foto: Ramin ASLANOV