İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib.
Axşam.az xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
Müharibə veteranları ilə görüşən İlham Əliyev və Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər.
Prezident və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik ediblər.
İlham Əliyev və Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyublar.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
Dövlət başçısı və birinci xanım İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.
Görüşdə baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibdilər.