Nigar yeni klipini təqdim etdi - Video
"Eurovision 2011” qalibi Nigar Camal Azərbaycan dilində ifa etdiyi yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçinin “Kəpənəklər” adlanan bəstəyə klipi də hazırlanıb.
Sözləri Paulina Volodkovskayaya, musiqisi İsa Məlikə aid olan mahnının ekran işini rejissor Fərhad Əli ərsəyə gətirib.
Klipdə Nigarın geyimləri modelyer Leyla Əliyevaya, saç və makiyajı isə stilist Anar Ağakişiyevaya məxsusdur. Klipin ərsəyə gəlməsində stilist Syama da öz köməkliyini göstərib.