Geyim dəbi hər mövsüm dəyişdiyi kimi, çantalar da dəyişir.
Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan “Yeni stil” verilişinin budəfəki buraxılışında modelyer Günel payız-qış mövsümündə hansı çantaların aktual olduğundan danışıb:
“Çantaların forma baxımdan dəbi ilə yanaşı, onun ölçüsü də nəzərə alınmalıdır. Çünki ölçü bədən görünüşünə yaraşmalıdır. Xanımlara məsləhət görərdim ki, çanta seçərkən bədən quruluşlarını da nəzərə alsınlar. Bu mövsüm retro stilində, qısa tutacaqları olan çantalar dəbdədir. Bəzən kiçik, üstü dəmirli çantaları cins geyimlərlə də istifadə etmək mümkündür. Ziyafət geyimlərinə gəldikdə isə, burada libasın üzərindəki bəzəklərə fikir verilməlidir. Çox daş-qaşlı, qabarıq paltarla sadə çanta götürmək lazımdır”.
“Yeni stil” verilişi hər həftənin şənbə günü saat 17:30-da Samirə Rüstəmovanın aparıcılığı ilə İctimai telekanalda yayımlanır. Verilişin tam versiyasını aşağıdakı video vasitəsilə izləyə bilərsiniz.