Hansı idmançı daha zövqlüdür? - anons

Hansı idmançı daha zövqlüdür? - anons
2687 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” verilişinin yeni buraxılışının anonsu yayılıb.

Axşam.az xəbər verir ki, xanımlar budəfəki proqramda payız-qış mövsümünün makiyaj dəbini öyrənəcəklər.

Modelyer Afaq müğənnilərin geyimindəki qüsurları müzakirə edəcək. İkiqat dünya çempionu, boksçu Əli İsmayılov və üçqat dünya çempionu Anar Süleymanov üz-üzə gələcək. Onların imicini dəyişməyə kömək etdiyi xanımlardan hansının daha zövqlü göründüyü ortaya çıxacaq.

Qeyd edək ki, “Şarm” verilişi hər həftənin cümə axşamı saat 15:30-da ATV telekanalında Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanır.