Yeni albomunun təqdimatı münasibəti ilə təşkil olunan gecədə Ledi Qaqa yenə də hər kəsi şok edəcək addım atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirə uçan paltarla qatılan müğənni ilkə imza atıb.
Məşhur ifaçı manekenə bənzəyən bu geyimi Bruklin Neyvi Yard binasında gələn qonaqlara nümayiş etdirib. Qaqa bu libasını “Volantis” adlandırıb. Geyim ulduzun pilotu - texniki mütəxəssis tərəfindən idarə olunub.