"Robinzon Kruzo" öldü

"Robinzon Kruzo" öldü
5772 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyanın məşhur komediya aktyoru Paolo Villaco Romada vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 84 yaşlı aktyor iki gün əvvəl yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

İtaliya sinematoqrafiyasında böyük yeri olan aktyor satirik obrazları ilə cəmiyyəti öz problemləri barəsində düşünməyə vadar edib. O, Federiko Fellini, Mario Moniçelli kimi ustadlarla işləyib. Villaco kino sahəsindəki xidmətlərinə görə Venesiya festivalında "Qızıl şir"ə layiq görülüb.

Onun ən məşhur obrazı isə silsilə filmlərlə tamaşaçı qarşısına çıxan "Fantoççi"dir. P.Villaco 1976-cı ildə çəkilən "Sinyor Robinzon" filmində "Robinzon Kruzo"nu canlandırıb.