Ən zövqlü geyinəni seçməyə başladılar

Ən zövqlü geyinəni seçməyə başladılar
4237 dəfə oxunub
  • A-
  • A
  • A+

Biznes ledi Ruhi Əliyeva, stilist Anar Ağakişiyev, modelyer-dizayner Leyla Əhmədova və “Nərgiz” jurnalının redaktoru Könül Nağıyeva yeni layihədə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, onlar ən zövqlü qadını seçmək üçün “ATV” telekanalında yayımlanacaq “Özünə bax” layihəsi ətrafinda toplaşıb. Bununla yanaşı, münsiflərə hər həftə bir məşhur simanın da qoşulacağı gözlənilir. Artiq qonaq münsif qismində xalq artisti Zülfiyyə Xanbabayeva, rejissor Aqil M Quliyev və teleaparıcı Nərgiz Cəlilova çəkilişlərdə iştirak edib.
Ozunə bax dörd mərhələdə keçirilməsi nəzərdə tutulan əyləncəli verilişdir.

Layihənin əsas məqsədi mütəxəssislərin köməyi ilə qadınlara son dəblə ayaqlaşaraq, düzgün və zövqlü geyinməkdə yardımçı olmaqdır. Layihə gözəllik yarışması deyil və burda əsas diqqət geyimlərə verilir. Verilişin başlıca məqsədlərindən biri də  Azərbaycanın ən zövqlü qadınını seçməkdir. Layihədə 18 yaşından yuxarı zövqünə və geyim tərzinə güvənən qadınlar iştirak edə bilər. Qeydiyyat vasitəsiylə iştirakçı olan xanımlar 3 mərhələdən keçib, finala vəsiqə qazanıb, ölkənin zövqlə geyinən xanımı adı uğrunda mübarizə aparacaq. Qalibə qiymətli hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur. Xanımları stilist, model, dəb sahəsində çalışan peşəkarlardan ibarət münsiflər heyəti qiymətləndirəcək. Proqram boyu iştirakçılara zövqlü geyinməklə yanaşı geyindiyi qiyafətin stilinə uyğün davranış, düzgün yerimək, makiyaj və saç düzümünun seçimində əsas hansı detallara diqqət edilməsi barədə məsləhətlərin verilməsi eləcə də istiqamətləndirilməsi nəzərdə tutulur. Finalda zövqünə güvənən 10 xanımın iştirakı nəzrədə tutulur.

Layihədə iştirak etmək istəyən xanımlar atv.az saytında qeydiyyatdan keçə bilərlər. “Özünə bax”ın ilk efiri fevral ayının 4-ü, saat 15.30-da olacaq.