Castin Biber Argentina bayrağını təpiklədi - Video
Argentinada qastrol səfərində olan kanadalı ifaçı Castin Biber konsert zamanı inanılmaz addım atıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni səhnədə olarkən ona 2 Argentina bayrağı atılıb.
İfaçı isə əvvəlcə bayrağa təpik vurub, daha sonra mikrafonun köməyi ilə onunla səhnəni silib. Castinin oteldən qovulmasının səbəbi də elə bu olub. Dövlət bayrağı təhqir olunduğu üçün Argentina qanunlarına görə Biber 4 il həbs edilə bilər.