Modelyer idmançıların zövqünü bəyənmədi - Video

Modelyer idmançıların zövqünü bəyənmədi -  Video
2114 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Şarm” verilişində modelyer Afaq idmançıların zövqündən danışıb.

Axşam.az-ın məlumatına görə, ikiqat dünya çempionu, boksçu Əli İsmayılov və üçqat dünya çempionu Anar İsmayılov iki gənc qızın imicini dəyişməsinə kömək edib. İdmançıların zövqü ilə geyinən və bəzənən qızlara modelyer qiymət verib:

Anar Süleymanov – Onun zövqünü heç bəyənmədim. Libas xanımın əyninə böyükdür. Rəngi isə xanımın dərisinə uyğun deyil. Saçının rəngi isə açıqdır. Ayaqqabısı ilə libası vəhdət təşkil etməyib. Kobud ayaqqabı seçib. Əgər xanıma tünd göy və ya yaşıl rəngdə libas seçsəydi, daha zövqlü olardı. Anara bu seçiminə görə 2 verirəm.

Əli İsmayılov – xanım sadə görünürdü. Şalvarını və ayaqqabısını bəyəndim. Amma gərək şalvarın ətəyini bir az da qısaldardı, çünki çox dardır. Ayaqqabı isə klassik idi, vəhdət təşkil etmirdi. Köynəyi uyğun gəlmirdi, onun əvəzinə kobud toxunuşlu kofta geyinməliydi. Üzərinə isə canlıq əvəzinə, dəri gödəkçə geyinsəydi, dəbli görünərdi. Əli İsmayılovun bu seçiminə 4 verirəm.

Qeyd edək ki, “Şarm” verilişi Axşam.az-ın informasiya dəstəyi ilə hər həftənin cümə axşamı saat 15:30-da ATV telekanalında yayımlanır.