Fotoqrafımız Ramin Aslanov Gədəbəydən maraqlı şəkillər lentə alıb.
Axşam.az-ın məlumatına görə, Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tarixə daxil olub.
1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilib. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət edib. “Əli və Nino” filmi də məhz həmin məkanda çəkilib.
Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.
Çay şəbəkəsi sıxdır. Axıncaçay və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir.