Fələstinli model Bella Hadid Nyu-Yorkda ideal bədən quruluşunu nümayiş etdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar ən çox diqqət çəkən modellərdən olan Bella idman geyimində göz oxşayıb.
O, sport papağı, qısa köynəyi və bədənini göstərən geyimi ilə qaçarkən paparatsilərin hədəfinə tuş gəlib. Siması olduğu "Nike" brendinə məxsus idman geyimində olan Hadid qulaqlarları ilə obrazını tamamlayıb.