Bredli Kuper İrina və qızı ilə maraqlanmır - fotolar

Bredli Kuper İrina və qızı ilə maraqlanmır - fotolar
5166 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Bredli Kuper model İrina Şeyklə daha az-az görüntülənməyə başlayıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük övladı dünyaya gəldikdən sonra tez-tez ayrı əylənərkən kameralara tuş gəlirlər.
 
Paparatsilər bu günlərdə İrinanı körpəsi ilə birgə Beverli Hillsdə lentə alıblar. Alış-veriş edən modelin yanında uşağın dayəsi də olub. Bununla da İrianın dəfələrlə tək gəzintiyə çıxması cütlüyün sevənləri arasında səs-küy doğurub. Hər zaman birlikdə görüntülənən sevgililərin uşaq dünyaya gəldikdən sonra az-az vaxt keçirməsi Bredli Kuperin qızı ilə maraqlanmadığı haqda söz-söhbətin yaranmasına səbəb olub.