Müğənni Selena Qomez 25 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu xüsusi gecəni sevgilisi "The Weeknd"lə keçirib.
O, məkan olaraq keçmiş sevgilisi Castin Biberin sevimli restoranını seçib. Saçlarını at quyruğu edən Selena parıltılı libası ilə göz oxşayıb.