Bütün geyimlər 10 AZN-dən başlayır

Bütün geyimlər 10 AZN-dən başlayır
10243 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Elnarə Bəkirova xanımları sevindirmək üçün maraqlı addım atıb.

O, iyulun 29-da böyük endirim kampaniyasına start verir. “10 AZN-dən...”  adlı endirim kampaniyası saat 12:00-dan 18:00-dək davam edəcək.

Endirimdə ziyafət, gündəlik geyimlər, çantalar, ayaqqabılar, aksessuarlar satışa çıxarılacaq.

E.Bəkirova qeyd edib ki, kampaniya çərçivəsində hazır geyimlərlə yanaşı, ona məxsus əl işləri də təqdim olunacaq:

“Bildiyiniz kimi, dünyada müxtəlif brendlərdə endirim kampaniyaları başlayıb. Mən də bu ənənəni davam edərək xanımlarımız üçün belə bir addım atmağa qərar verdim. Biz “10 AZN-dən...”  adlı kampaniyamızda hər yaşda olan müştərilərimizi nəzərə alaraq endirim kolleksiyası hazırlamışıq. Xanımlarımızı əmin edirəm ki, həmin günü bizi seçsələr məmnun qalacaqlar.

Qiymətlərə gəldikdə isə çalışdıq ki, ora təşrif buyuran hər kəs əlidolu qayıtsın. Geyimlərimizin qiyməti çox münasibdir, 10-100 AZN arasında dəyişir”.

Qeyd edək ki, endirim kampaniyası “AF Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək.