Sinqapurlu fotoqraf Xuando Tan görünüşü ilə hər kəsi heyran edir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı fotoqraf əslində yaşından 2 dəfə gənc görünür. Gəncləri qısqandıracaq bədən quruluşuna malik olan Tan bunu idmana və genetikasına borclu olduğunu deyib.
O, səhər tezdən və gecə yarıları heç vaxt duş qəbul etmədiyini, davamlı olaraq idman etdiyini bildirib.