Keçmiş futbolçu və model Devid Bekhem ailəsi ilə birgə Los Ancelesdə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uşaqları ilə birgə əyləncəli vaxt keçirən Devid və modelyer həyat yoldaşı Viktoriya Bekhem onlar üçün dondurma alıblar.
Uşaqlarının dördü ilə də yaxından maraqlanan Bekhemlər ailəsi hər zaman olduğu kimi yenə də dəbli görünüşləri ilə seçiliblər. Hər zaman kübar üsluba üstünlük verən modelyer bu dəfə idman və klassik üslubun harmoniyasını yaradıb.Qara rəngi qarderobunun əvəzolunmazı hesab edən Viktoriya bu dəfə də ənənəsinə sadiq qalıb. O, obrazını çəkmələr və sport papaqla tamamlayıb.