Şou-biznesin tanınmış simaları bu dəfə klipləri ilə mübarizəyə başlayıb.
Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Onlar” verilişinin “Top 10” yarışmasında həftənin ən çox izlənən ekran işi müəyyənləşib.
Müğənni Röya Ayxan “Gəmiçilər” klipi ilə siyahıda birinci olub. Eyni zamanda sənətçinin “Mənəm” adlı ekran işi də onluqda özünə yer eləyib. Siyahıda həmçinin əməkdar artist Tünzalə Ağayeva, müğənni Elnur, Ayan Babakişiyeva, Natavan Həbibi kimi sənətçilərin də klipləri var.
Qeyd edək ki, həftə ərzində bəyəndiyiniz klipi “Onlar”ın “Facebook” səhifəsinə -
https://www.facebook.com/10LAR daxil olmaqla səs verib, birinci edə bilərsiniz.