Keçmiş birinci xanım seçdiyi libasla hər kəsi heyran etdi - fotolar
Xəbər
11:40 / 08.08.17
2084dəfə oxunub
A-
A
A+
Həftə sonu Nyu-Yorkda israilli futbolçu Aleks Sveyklə mərakeş milyarderin qızı Marka Lazri Sofiyanın təmtəraqlı toyu olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə dünya ulduzları ilə yanaşı məşhur siyasətçilər də iştirak edib. Onların arasında ABŞ prezidenti Donald Trampın qızı İvanka, müğənni Cennifer Lopezlə sevgilisi Aleks Rodriqez, ABŞ-ın 42-ci prezidenti Bill Klintonla xanımı Hillari Klinton və başqaları olub. Gecənin ən diqqətçəkən qonağı isə keçmiş birinci xanım və dövlət katibi Hillari Klinton olub. Hər zaman kostyumlarda görünən Hillari bu dəfə toy üçün uzun, firuzəyi rəng libas seçimi edib.
“Vogue” jurnalı ötən il Donald Trampın rəqibi olmuş Klintonun libasını gecənin ən yaxşı geyimi adlandırıb. Hillari çox vaxt istifadə etmədiyi aksesuarları ilə də göz oxşayıb.