Ötən gün üstüörtülü şəkildə xristian sevgilisi Otilia ilə dini nikah bağladığını bildirən müğənni Sinan Akçıl model Cansu Taşkınla görüntülənib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük Bodrum çimərliklərinin birində kameralara tuş gəlib. Cütlüyün səmimi davranışları diqqətdən yayınmayıb. Eyni saatlarda Otilianın qonşuluqdakı çimərlikdə konsert verdiyi deyilir.
Fotolarda Cansunun tez-tez başını Sinanın çiyninə qoyduğu görülür.