Bu restoranda meymunlar ofisiantlıq edir - video+fotolar
Xəbər
20:29 / 09.08.17
1668dəfə oxunub
A-
A
A+
Yaponiyanın Usunomiya şəhərində yerləşən "Kayabukiya" restoranında meymunlar ofisiantlıq edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, barın sahibi Kaoru Osaka bildirib ki, o, ilk dəfə məkanı açanda 17 yaşlı Fuku-Çan adlı meymun baş ofisiantı yamsılayaraq müştərilərə dəsmallar daçıyıb. Bundan sonra Kaoru düşünüb ki, ofisiant qismində işə meymunları götürsün.
Hazırda barda 4 meymun işləyir. Onlar qonaqlardan sifarişləri götürür, müştərilərə yemək, içki daşıyırlar.
Osaka vurğulayıb ki, meymunlara çox bağlanıb, onları ailə üzvləri kimi sevir, yedirdir, hətta, bəzən onlarla yatır.