Evinin hovuzunu bəyənmədi, ustalara əsəbiləşdi - fotolar

Evinin hovuzunu bəyənmədi, ustalara əsəbiləşdi - fotolar
10132 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sertab Erener özündən 20 yaş kiçik sevgilisi Emre Kula ilə 2015-ci ildə ailə qurduqdan sonra Bodrumda villa alıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi evinin təmir-tikinti işlərinə başlayıb. Belə ki, villasının həyətində hovuz tikdirən Sertab ustaların işindən razı qalmayıb.

İşçilərə qışqıran Erenerin əsəbi halları paparassilərin hədəfindən yayınmayıb. Emre də həyat yoldaşının tərəfini saxlayaraq ustalara “Sertab xanım necə istəyirsə, elə də olacaq” təlimatını verib.

Qeyd edək ki, təmir işlərindən sonra müğənninin birdəfəlik Bodruma köçəcəyi deyilir.