Aparıcı Xoşqədəm Hidayətqızı əkizləri və müğənni həyat yoldaşı Doğuşla fotokamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, aparıcı şəkillərini İnstaqram səhifəsində paylaşıb.
O, övladları Arın və Ardanın üzünü tam göstərməməyə çalışıb.
X.Hidayətqızı əri ilə şəklinə “Ən çətin anlarımda yanımda olan ömür-gün yoldaşım, ən yaxın dostum Doğuş... İnanıram ki, oğulların da sənin kimi dürüsüt, sevgidolu, mərhəmətli olacaqlar. Hamı xoşbəxt olsun. Onda başqasının xoşbəxtliyini qısqananlar, paxıllıq, pislik olmaz” şərhini yazıb.