Rus milyonçu həyat yoldaşı ilə özünə təmtəraqlı toy etdi - fotolar
Dünya
09:39 / 16.08.17
2554dəfə oxunub
A-
A
A+
Rusiyalı milyonçu Aleksey Şapovalov 5 ildir birlikdə olduğu, 2 uşağının anası, model Kseniya Tsaritsina ilə təmtəraqlı toyla evlənib.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada lüks oteldə baş tutan məclisdə Rusiyanın tanınmış iş adamları iştirak edib. Alekseyin toyunda “Eurovision 2015” təmsilçisi Polina Qaqarina və “leninqrad” rok qrupu səhnə alıb.
Milyonçu xanımına toy hədiyyəsi kimi 70 karatlıq 12 milyon dəyərində üzük bağışlayıb. Kseniya xoş günündə iki fərqli gəlinlik geyinib. Gecədə 8 mərtəbəlki toy tortu və dəbdəbəli salon dekorasiyası diqqət çəkib.