Namiq bu dəfə ARB-də layihə edəcək - fotolar

Namiq bu dəfə ARB-də layihə edəcək -  fotolar
2097 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Namiq Fərhadoğlu yay istirahətini bölgələrdə keçirir.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, son iki ildə heç bir xarici ölkəyə gedə bilməyib:

"Əvvəl xaricə gedirdim. İki ildir xaricdə istirahətə gedə bilmirəm. Layihələrim var, onlardan vaxt ayırmaq olmur. DTV-də bir layihəm yayımlanır. ARB-də də növbəti verilişi hazırlayacağıq. Dünyanın 15 ölkəsində olmuşam. Hətta o vaxt yayımlanan “Eldən-elə” verilişində öz büdcəmlə aparıcıları xaricə aparırdım.

Amma buna heç pis də olmuram. Bölgələrimizdə istirahət üçün çox gözəl şərait yaradılıb".