"Beşiktaş" prezidenti azərbaycanəsilli modellə sevgilidir - fotolar
Xəbər
15:40 / 23.08.17
3312dəfə oxunub
A-
A
A+
“Beşiktaş” klubunun prezidenti Fikrət Orman azərbaycanəsilli ukraynalı model Ülviyyə Alekslə sevgilidir.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub prezidenti Ülviyyə ilə Bodrumdan Yunanıstana tətilə yola düşüb. Korint kanalından keçən cütlük selfi etməyi də unutmayıb. Fikrətlə Ülviyyənin eyni vaxtda İnstaqram hesablarından kanalın görüntüsünü paylaşması diqqət çəkib.
4 ildir İstanbulda yaşayan Ülviyyənin “Beşiktaş” azarkeşi olduğu da üzə çıxıb. Bu səbəbdən Orman onu Bodrumdakı otelində qonaq edərək üzərində adı yazılan formasını bağışlayıb.