Breddən boşanmaq Coliyə düşmədi - fotolar

Breddən boşanmaq Coliyə düşmədi - fotolar
4690 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Ancelina Coli son zamanlar görüntüsü ilə hər kəsi təəccübləndirir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir neçə həftə bundan əvvəl aktyor Bred Pittlə rəsmi boşanan, lakin 10 aydır ki, aktyordan ayrı yaşayan Coli özünü yalnız uşaqlarına həsr edib.

Ayrıldıqdan sonra Bredin adı bir neçə qadınla, sonuncu dəfə isə aktrisa Şarliz Teronla hallansa da, Ancelina heç kimlə münasibətdə olmayıb və yalnız yeni layihələrlə məşğul olub.

Tez-tez uşaqları ilə alış-verişdə görüntülənən aktrisa imicində də dəyişiklik edib.

Arıqlayan Coli artıq daha sadə və boş geyimlər geyinməyə başlayıb.

Qeyd edək ki, Breddən ayrılıq aktrisaya pis təsir edib. Müsahibələrindən birində o bildirib ki, bəzən uşaqlardan gizlincə hamamda ağlayır.

Xatırladaq ki, cütlük 2014-cü ildə ailə qurub. Onların 3 doğma, 3 övladlığa götürdüyü uşaqları var.