Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur

Azərbaycanın “Türkvision”dakı təmsilçisi bəlli olur
2056 dəfə oxunub
  • A-
  • A
  • A+
“Türkvision” mahnı müsabiqəsinin seçim turları artıq başa çatıb.

Axşam.az-ın “Onlar” verilişinə istinadən verdiyi məlumata görə, iştirakçılar bir mənzilə toplaşaraq hazırlıq prosesi keçiblər. Onlara “Eurovision” təmsilçilərimiz Eldar Qasımov, Fərid Məmmədov və Samir Cavadzadə dərs keçib. “Türkvision” müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının adı bu gün bəlli olacaq. Gənc Tamaşaçılar Teatrında baş tutacaq gecənin aparıcıları Afaq Gəncəli, Samir Bayramlı və Rüfət Ağayevdir.
 
Qeyd edək ki, müsabiqənin finalı 18-21 dekabr tarixində Türkiyədə baş tutacaq. "Türkvision"nun Azərbaycanda rəsmi yayım hüququ ATV telekanalına məxsusdur.