23-cü Sarayevo Film Festivalında münsif olan aktrisa Melisa Sözen şıqlığı ilə göz oxşayıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, festivalın açılış və bağlanış mərasimlərinə qatılan aktrisa bir-birindən maraqlı libas seçimləri edib. 1 həftədir, festivalda iştirak edən Melisa “23-cü Sarayevo Film festivalında münsif kimi yer almaq mənim üçün mühüm təcrübədir” deyib.
Qeyd edək ki, 11-18 avqust tarixlərində gerçəkləşən festivalda 26 ölkədən 700 media nümayəndəsi, 1300 qonaq və 100 min ziyarətçi iştirak edib.