"Ağladıq, qışqırdıq, həyəcanlandıq..." - "Qarabağ"a belə sevindilər

"Ağladıq, qışqırdıq, həyəcanlandıq..." -  "Qarabağ"a belə sevindilər
4644 dəfə oxunub
  • A-
  • A
  • A+

Danimarkada “Kopenhagen”lə  pley-offun cavab matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”a görə ötən gün paytaxt küçələrində coşqu dolu izdiham yaşanıb. Hər kəs qalibiyyəti qeyd etmək üçün küçələrə axışıb. Bu qələbə sevinci sosial şəbəkədən də yan keçməyib. Gecədən bu yana bütün paylaşımlar məhz “Qarabağ”a həsr olunub.

Bəs görəsən, şou-biznes nümayəndələri futbolçuların bu uğurunu necə qarşılayıb?

Axşam.az onların paylaşımlarını təqdim edir:

Prodüser Tarix Əliyev birdirib ki, komandamız bir tarix yazdı:

“Bu bir tarixdir. Azərbaycan bütün dünyaya Qarabağı göstərdi”.

Əməkdar artist Murad Dadaşov isə “Dəyərli Qurban Qurbanov, hər şey sənə halal olsun” sözlərini yazıb.

Aparıcı Murad Əzimzadə isə sevincini bu sözlərlə ifadə edib:

“Həyacanlandıq, gərgin anlar yaşadıq, qışqırdıq, dizimizə döyüb, ovucumuzu üzümüzə sıxıb ağladıq da, amma inamımızı itirmədik.... Bu, Qarabağa olan həsrətin inama bürünmüş qəzəbi idi.... Bu gün “Qarabağ”ın bizə yaşatdığı, sözlə ifadəsi mümkünsüz sevinc hissi gələcək qələbəmizə işarə idi!!! Çox sağ ol, “Qarabağ”, çox sağ ol qızıl məşqçi Qurban Qurbanov, çox sağ olun “Qarabağ”ın igid oyunçuları”.