Əməkdar artist Tünzalə Ağayeva Bodrumda istirahətə gedib.
Axşam.az-ın məlumatına görə, müğənni səyahət fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb.
Sənətçi fotolarına yazdığı romantik şərhlərlə də diqqət çəkib. Belə ki, Tünzalə şəkillərini “Qəfildən gələndə sənlə üz-üzə... Dünyamda sən varsan. Ən gözəl müdafiə təbəssümdür. Qoy yanında səni ucalara aparacaq insanlar olsun. Həyat onsuzda ayağından çəkəcək insanlarla doludur” kimi sözlərilə paylaşır.