Müğənni Nadir Qafarzadə yay istirahətini Nabranda dincələrək keçirir.
Axşam.az-ın məlumatına görə, sənətçi ailəsi ilə birlikdə getdiyi gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb.
Nadir xaricdə istirahətə yollanmamağının səbəbini də açıqlayıb. O, “Allah Azərbaycana bərəkət versin. Xeyri öz ölkəmizə verək” deyə bildirib.
Sənətçi şortikli fotosunu qınayanlara da cavab verib:
“Ağzınız şirin olsun, nə gözəl qarğış edirsiniz. Şəhərə çıxın, millət lüt gəzir”.