"İki qəlbin dastanı" təqdim olundu - fotolar+video

"İki qəlbin dastanı" təqdim olundu -  fotolar+video
2360 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Sevinc Tofiqqızı "İki qəlbin dastanı" adlı bəstəsinə çəkdirdiyi klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, mahnının sözləri Baba Vəziroğluna aiddir. Bəstənin rejissorluğunu Nazim Şərbətov, operator işini Emin Hüseynov edib. Mahnının aranjiman işi Osman Həmidova həvalə olunub.

S.Tofiqqızı bildirib ki, bəstəni "Azəri inciləri" vokal qrupu səsləndirib.

"Excelsior" oteldə baş tutan təqdimat mərasimində xalq artisti Flora Kərimova, əməkdar artist Hüsniyyə Mürvətova, millət vəkilləri, dövlət rəsmiləri iştirak ediblər.

Təəssüratlarını bölüşən S.Tofiqqızı bildirib ki, layihələri bununla bitmir. O, yaxın günlərdə yeni bəstələr təqdim edəcəyini deyib. Bəstəkar bildirib ki, tədbirin koordinatoru Lalə Əlimirzəyevadır.

Foto: İlqam CƏBİYEV