Aparıcı ərinə ad günü sürprizi etdi - fotolar

Aparıcı ərinə ad günü sürprizi etdi -  fotolar
3885 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Kseniya Borodinanın əri Qurban Ömərovun ad günü olub.

Axşam.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, 37 yaşı tamam olan əri üçün aparıcı parti təşkil edib və gecəyə dostlarını çağırıb.
 
Moskvanın mərkəzində yerləşən restoranlardan birində baş tutan gecəyə şou-biznes nümayəndələri də qatılıblar. Qurbanı təbrik etmək üçün anası Kanadadan Moskvaya gəlib.

Gecədə əri üçün sağlıq deyən Borodina "Ən çətin anında düşünəndəki bu adamı itirə bilərsən, nəfəsin kəsilir. Xoşbəxtəm ki, ərim həyatda mənimlə birlikdə addımlayır, gözəl övladlar böyüdürük. Bizim üç övladımız var. Ərimə təşəkkür edirəm ki, hər zaman mənə doğru seçimlər etməkdə şans verir" söyləyib.