Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu “Oksimed” prodakşın tərəfindən lentə alınan “Lal yuxu” serialının çəkilişləri İstanbulda davam etdirilir.
Axşam.az-ın məlumatına görə, bununla bağlı yaradıcı heyət qardaş ölkəyə yola düşüb.
Ekran işində rol alan Şəhriyar Əbilov, Emil Bədəlov, Aydan Axundova və Oksana fotolarını sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, “Lal yuxu” payızda “Xəzər” telekanalında efirə gedəcək.