Otel otağında keçmiş model sevgilisi Filiz Akerin qətlə yetirdiyi aparıcı Vatan Şaşmazın dəfnində 4 aylıq hamilə həyat yoldaşı Yasemin Adalı da iştirak edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aparıcının anası Safiye Saydam tərəfindən təsəlli edilən Yaseminin barmağında nişan üzüyü də olub. Susaraq ağlayan Yaseminə və qayınanasına sənət aləminin tanınmış simaları tərəfindən başsağlığı verilib.
Qeyd edək ki, Vatan Şaşmaz günörta namazından sonra Çengelköy qəbiristanlığında dəfn olunub.