Rejissor Nail Naiboğlu yeni film çəkir.
Axşam.az-ın məlumatına görə, ekran işi "Qafqazın əfsanəsi" adlanır. Film Qafqazda Kyokuşın karate üzrə yeganə dünya çempionu olan Səlahət Həsənova həsr edilib.
Ekran işinin çəkilişlərinə artıq başlanılıb. Burada həm sənədli, həm də bədi kadrlardan istifadə olunub.
N.Naiboğlu bildirib ki, "Qafqazın əfsanəsi" dekabrda təqdim olunacaq:
"Bu günlərdə Yaponiyada “Karate life” dərgisi Səlahət haqqında böyük yazı dərc edib. Burada idmançımız “Qafqazın əfsanəsi” kimi təqdim edilib. Elə buna görə də filmim belə adlanır. Film Azərbaycan Kyokuşun Federasiyasının sifarişi ilə çəkilir".