Birinci xanımın geyimini lağa qoydular: "Zarafatdır?"+fotolar

Birinci xanımın geyimini lağa qoydular: "Zarafatdır?"+fotolar
10023 dəfə oxunub
  • A-
  • A
  • A+

Merilenddə istirahət etdikdən sonra Vaşinqtona qayıdan Donald Tramp və ailəsi artıq iş başındadır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, prezident və xanımı Melaniya Texas ştatının Hyuston şəhərində baş verən qasırğa ilə əlaqədar ora yollanıblar.

Melaniya bu dəfə təbii fəlakətin baş verdiyi əraziyə qara şalvar, qara köynək, yaşıl gödəkçə və hündürdaban ayaqqabıda yollanıb.

Birinci xanımın geyimi sosial şəbəkədə lağa qoyulub. Heç kim onun fəlakət baş verən yerə hündürdaban ayaqqabıda getməsini anlaya bilməyib.

Sosial şəbəkədə “Doğurdan 12 santimetrlik ayaqqabı ilə subasan əraziyə gedir? Bəlkə, zarafatdır?”, “Kimsə Melaniya rəsmi qonaqlıqla, fəlakətin nə demək olduğunu başa sala bilər?”, “Bununla o, nə demək istəyir? Bəlkə, fikirləşir ki, leysan onun ayaqqabısının altından keçəcək?” kimi şərhlər yazılıb.

Qeyd edək ki, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2000 nəfər aidiyyatı qurumlara müraciət edib.

“Xarvi” qasırğası bundan sonra təhlükəli subasmalara yol ¬açacağı barədə xəbərdarlıq olunub.