Hər zaman stili ilə gündəmdə olan müğənni Cennifer Lopez bu dəfə də diqqət mərkəzinə çevrilib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı sevgilisi Aleks Rodriqezlə birlikdə Las-Veqasda boks matçını izləyib. Cey Lo idman gecəsi üçün seçdiyi ağ libası ilə yenə də şıq olmağı bacarıb.
1200 manatlıq “Hamel” markalı ağ libası və kürkü ilə diqqət çəkən Cennifer saçlarını yarı toplayaraq “dəb ikonu” titulunu yenidən qazanıb.