41 yaşlı “Oskar” mükafatçısı, aktrisa Riz Uizerspun yeni filmi “Home again”in təqdimatına qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa Nyu-Yorkda keçirilən qala gecəyə 17 yaşlı qızı Ava ilə yollanıb. Qırmızı xalıda şəkillər çəkdirən ana-qız şıqlığı ilə göz oxşayıblar. Riz filmdə 3 gənc oğlanla eyni evdə qalan dul ana obrazını canlandırır.
Qeyd edək ki, Ava Rizin aktyor Rayan Flippe ilə nikahından dünyaya gəlib.