Böyük Britaniya şahzadələri Uilyam, Harri və Kembric hersoginyası Keyt Middlton şahzadə Diananın şərəfinə salınmış Ağ bağda olublar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Keyt ziyarət üçün üzərində güllər təsviri olan yaşıl parçadan tikilmiş, “Prada” markalı geyim seçimi edib. Uilyamla Harri isə ənənəvi kejual stilində geyiniblər.
Qeyd edək ki, şahzadə Diana 1997-ci il avqustun 31-də Parisdə baş vermiş avtoqəza nəticəsində dünyasını dəyişib.