“Lider TV”nin fəaliyyətə başlamasının artıq 17-ci ilidir.
Axşam.az-ın məlumatına görə, telekanal yeni mövsümdə də tamaşaçılar üçün fərqli efir saatı hazırlayır. Kanal yeni mövsümdə demək olar ki, əyləncə tipli verilişlərdən imtina edib.
“Lider TV” cəmiyyətdə maraq doğuran və onları narahat edən məsələlərlə bağlı verilişlərin sayını artırıb.
Uzun zamandır telekanalın rəhbər şəxsələri tərəfindən nəzərdə tutulan yeni formatda izləyicinin qarşısına çıxacaq “Lider TV” informasiya buraxılışlarının sayını artırıb. Artıq hər iki saatdan bir “Səda” xəbərlər efirdə olacaq. Siyasi və sosial xəbərlərlə yanaşı “Səda Ekonomiks”, “Telestadion”, “Səda Mədəniyyət”, “Səda Region”, “Səda Dünya”, “Kriminform” ayrılıqda xəbər buraxılışları olacaq.
Telekanalın analitik və maarifləndirici verilişləri yeni mövsümdə də davam edəcək. “Qum saatı”, “Mənim dostum”, “ Analar məktəbi” “Seçim”, “Mövqe”, “Əsgər andı” ilə yanaşı “Lider”-in efirində bu tip yeni verilişlər də görəcəksiniz. Murad Arif də yeni mövsümdə efirdə öz yerini alacaq.
Yeni mövsümdə həm də yeni serialların izləyicilərə təqdim olunması nəzərdə tutulub.