İspaniyada "Pomidor döyüşü" keçirilib - video+fotolar

İspaniyada "Pomidor döyüşü" keçirilib -  video+fotolar
2348 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyada ənənəvi “La tomatina” adlı pomidor festivalı başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bunyol şəhərində keçirilən pomidor döyüşünə dünyanın dörd bir yanından turist qatılıb.

Küçəyə 160 tondan çox pomidor səpələnib. Döyüş atəş səsindən sonra başlayır və 1 saat davam edir. 60 dəqiqə içində şəhər qıpqırmızı pomidora bürünür.

Hər kəs gözlərinə xüsusi eynək taxır. Festivalın keçirildiyi əraziyə butulka və digər əşyalar keçirmək qadağan olunur. Festival hər il avqustun sonuncu çərşənbə günü keçirilir.

Qeyd edək ki, “Pomidor döyüşləri” kimi tanınan festival 1945-ci ildən bu yana keçirilir. İdeyası uşaqlar arasında olan pomidor döyüşündən sonra yaranıb.