48 yaşlı müğənni Cennifer Lopez 2002-ci ildə yaratdığı obraza geri dönüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu Yorkda yeni mahnısını ekranlaşdıran ifaçı yeni görünüşü ilə sevənlərini keçmişə qaytarıb.
İri halqa sırğaları, qısa köynəyi və kürkü ilə cazibədarlığını nümayiş etdirən Cenniferin "Jenny from the block" mahnısına çəkdirdiyi klipindən bəhrələndiyi açıq-aşkar görülüb. Çəkilişdə ifaçı seksual hərəkətləri ilə maraq doğurub.