İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalı start götürüb.
Axşam.az-ın məlumatına görə, sentyabrın 1-dən 3-dək davam edəcək festivalın əsas məqsədi şəhərin tarixi hissəsində Qurban bayramı abu-havası yaradaraq bayram təntənəsini Bakı sakinləri və şəhərin qonaqları ilə birlikdə qeyd etməkdir.
Eyni zamanda, tədbir Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulan zənginliklərini nümayiş etdirərək xalqın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.