Engin Altan Düzyatan vəhşi heyvanların bir addımlığında - fotolar
Dünya
23:19 / 02.09.17
4052dəfə oxunub
A-
A
A+
Aktyor Engin Altan Düzyatan son zamanlar vəhşi təbiətə olan marağı ilə diqqət mərkəzindədir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı Aslışah ilə Afrikaya istirahət edən aktyor gördüyü heyvanların fotolarını da çəkir.
Əvvəlcə qorillaların şəklini çəkən Düzyatan bu dəfə 1 metr yaxınlığında olan aslanların fotosunu lentə alıb. "Tamamilə təbiətin içində yaşayırsan. Son Afrika səfərində 11 gün qaldım, amma 3-4 aymış kimi gəldi. Bir gün içində nə qədər vaxtım olduğunu gördüm. Əslində, bu işin riyaziyyatını bilmək lazımdır. Məsələn, yeni yemək yemiş bir aslanın sənə baxmasını gözləmək ağılsızlıq olar. Çünki böyük ehtimalla 16 saat yatacaq. Axşam ov üçün çıxanda qəşəng fotolarını çəkmək olur", - deyə, aktyor hislərini bölüşüb.
Heyvanları çox sevdiyini deyən E.A.Düzyatan bəzi nüanslara da aydınlıq gətirib:
"Heyvan bizə doğru gəlirsə, geri qaçmırıq. Heyvan yanımdan və ya önümdən keçir. O zaman ani hərəkət etmək olmaz. Əslində, maşından enməmək kifayətdir. Çünki maşını özlərindən daha nəhəng hesab edirlər".