Bu ilin mayından etibarən çəkinmədən sevgilərini ictimaiyyətə açıqlayan müğənni Selena Qomez və ifaçı sevgilisi "The Weeknd" restoranlardan birindən çıxarkən kameralara tuş gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, birlikdə nahar edən sevgililər paparatsiləri gördükdə narahat olublar.
Selena makiyajsız olduğu üçün əlini üzünə tutaraq fotolarının çəkilməsini istəməyib. Cütlük əl-ələ tutaraq avtomobilə tərəf gediblər. Hər zaman idman stilində rahat geyimlərə üstünlük verən məşhurlar bu dəfə də sadəliyi ilə seçiliblər.