Qardaşı qızı Burcu Başoğlu ilə yaşadığı eşqlə gündəmə gələn aparıcı Murad Başoğlunun artıq evində olması ilə bağlı xəbər vermişdik.
Axşam.az Türkiyə mediasına istinadən məlumatına görə, aparıcının həyat yoldaşı Hande Bermekin qapını gözətlədiyi görülüb.
Jurnalistləri nəzarət altına almaq üçün tez-tez qapıya gələn Hande narahat halı ilə diqqət çəkib. Gün ərzində tez-tez qapını yoxlayan və jurnalistlərin hədəfində olub-olmaqdıqlarına baxan Bermek qəribə hərəkətləri ilə təəccübləndirib. Aparıcının boşanma ərəfəsində olan xanımının üzüyü hələ də barmağından çıxartmaması maraq doğuran məqamlardan biridir.