Səmra təqdimat etdi: "Geyimimlə gözə girirəm" - video+fotolar

Səmra təqdimat etdi: "Geyimimlə gözə girirəm" -  video+fotolar
7695 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli media nümayəndələrini bir araya yığaraq yeni klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin müəllifləri Orxan Qarabasma və Anar RG-dir. “Tərs gedir” adlı mahnının ekran həlli Fərhad Əliyə həvalə olunub.

Səmra mahnısından və klipindən danışıb. O bildirib ki, ekran işi heç də asan ərsəyə gəlməyib:

“Mahnını çox bəyəndim, ona görə ifa etdim. Bir çox mahnılar var, amma bunu qabağa saldım. “Tərs gedir” ifadəsinin mənası işlərin yolunda getməməsi kimi təqdim olunmur. Burada unudulması mümkünsüz olan sevgidən danışılır. Hər kəsin həyatında unuda bilmədiyi adamlar var.

Çəkiliş zamanı bütün yük anamın üzərinə düşür. Hər şeyi hazırlayır, mən gəlib çəkilib gedirəm. Geyimlərimi də anam düşünür.

Çəkilişdə çətin məqamlar çox idi. Onlarda biri də elə taxtaların yandırıldığı kadr oldu".

Sənətçi “Seks simvol” tituluna iddialı olması ilə bağlı sualları cavablandırıb. O, geyiminə görə onu qınayanlara ismarış göndərib:

“Mənim özümü seks simvol hiss edib-etməməyim önəmli deyil. Əsas insanların məni necə görməsidir. Məktəbdə də, universitetdə həmişə geyimimə görə müzakirə olunurdum. Nə geyinirdim danışılırdı. Mənim klipdə geyindiyimi xanımlar şəhərdə, gecə restoranda geyinirlər. Onlar yox, mən gözə girirəm. Hamı şortik geyinir, Səmrada isə danışılır. Başqaları danışılsın deyə, hər şey edirlər, amma onlarda alınmır.

Bu müzakirələr məni narahat etmir. Çünki onları diqqət cəlb etmək üçün etmirəm. Hansısa bir mahnı eşidirəm, özümü orada bu obrazda görürəm. Harasa istədiyim geyimdə gedirəm. Aktrisa ona deyirlər ki, hər obraza girə bilsin.

Qısa şortik geyinmək üçün insanın pis tərbiyəsi, yüngül həyat tərzi olmalı deyil. Hər kəs istədiyini geyinə, istədiyi kimi görünə bilər. Heç kimin tərbiyəsini geyimlə ölçmək olmaz. Yaşım çox deyil, amma işimə görə çox adamlar tanımışam. Görmüşəm ki, özlərini tərbiyəli göstərənlər əslində elə deyil. Bura istər müğənni, istər prodüser aiddir. Haqqımda danışsınlar... Nə deyəcəklər? Deyəcəklər, Səmra klipdə açıq-saçıq geyindi. Əsas odur ki, deməyəcəklər, dünən filan yerdə idi".

Foto: Ramin ASLANOV